Nazirlər Kabinetinin səlahiyyəti artırıldı
14:41 03 Noyabr 2017
Gəmilərin dəniz üzgüçülüyü ilə bağlı tələbləri Nazirlər Kabineti müəyyən edəcək.
Femida.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 669-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 may tarixli 1422 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.
Hazırda tələbləri Dövlət Dəniz Administrasiyası müəyyən edir.
İnzibati Xətalar Məcəlləsinin 307.4-cü (Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə əsasən, dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, habelə Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə zidd olaraq gəmilərin dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlarla istismar və idarə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Femida.az
Oxunub: 1023
Oxşar xəbərlər
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazirlər mətbuat konfransında dalaşdı
- Nazirlər Kabinetinin sabiq əməkdaşının məhkəməsi başlayır
- Nazirlər Kabinetində ştat sayı artırıldı
- Nazirlərin konfransında Bakı Bəyannaməsi qəbul olundu
- Nazirlər Kabinetinin əməkdaşları qəzaya düşdü - ölən var
- Nazirlər bölgələrə gedir
- Nazirlər Kabinetində qaçqınların statusu ilə bağlı iclas keçirildi
- Nazirlər Kabinetinin iş qaydası və Aparatının Əsasnaməsi təsdiq edildi
- Nazirlərin Tbilisi görüşü başlayıb