Leyla Oruclunun ölümü ilə bağlı cinayət işinə xitam verilib
18:35 13 Oktyabr 2017
Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilməsi barədə qərardan şikayət verilib.
Bu barədə Femida.az -a məlumat verən vəkil İradə Cavadova bildirib ki, hüquqlarını müdafiə etdiyi L. Oruclunun anası Sevinc Orucova həmin qərardan Nərimanov rayon Məhkəməsinə şikayət edib.
Şikayətə oktyabrın 19-da hakim Samir Məmmədovun sədrliyi ilə baxılacaq.
Vəkil bildirib ki, xitam qərarı bir müddət əvvəl verilsə də, onlara məlumat verilməyib. Çoxsaylı müraciətlərdən sonra vəkil qərarı ala bilib.
Qeyd edək ki, model Leyla Oruclu 21 iyunda "Zəfəran" klinikasında iranlı həkim Sirus Qocxani tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra L. Oruclu ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlamışdı.
Femida.az
Oxunub: 5426
Oxşar xəbərlər
- Leyla Əliyeva şeirlərini səsləndirdi
- Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası
- Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb
- Leyla Şıxlinskayanın işçiləri hakim qarşısında - 700 minlik yeyinti
- Leyla Şıxlinskaya barəsində cinayət işi başlanıb
- Leyla Şıxlinskayaya qarşı 30 minlik dələduzluq
- Leyla Əliyeva BMT rəsmisi ilə görüşüb
- Leyla Əliyeva uşaqlarla bir arada - FOTO
- Leyla Əliyeva uşaqları sevindirdi - FOTO
- Leyla Əliyeva təqdimat mərasimində