Leyla Şıxlinskaya barəsində cinayət işi başlanıb
15:38 01 Noyabr 2017
Xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın iki milyondan çox vergidən yayınıb.
Femida.az xəbər verir ki, xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb.
Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsiləcinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Gununsesi.info-nun yaydığı məlumata görə, cinayət işi aktrisanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.
Qeyd edək ki, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər.
Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzə çıxıb və Leyla Şıxlinskaya istintaqa cəlb olunub.
Femida.az
Oxunub: 4591
Oxşar xəbərlər
- Leyla Əliyeva şeirlərini səsləndirdi
- Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası
- Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb
- Leyla Şıxlinskayanın işçiləri hakim qarşısında - 700 minlik yeyinti
- Leyla Şıxlinskayaya qarşı 30 minlik dələduzluq
- Leyla Əliyeva BMT rəsmisi ilə görüşüb
- Leyla Oruclunun ölümü ilə bağlı cinayət işinə xitam verilib
- Leyla Əliyeva uşaqlarla bir arada - FOTO
- Leyla Əliyeva uşaqları sevindirdi - FOTO
- Leyla Əliyeva təqdimat mərasimində