Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası
18:22 24 Noyabr 2017
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsüi ilə Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirilib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyilə baş tutan aksiya universitetinin kliniki transfuziologiya və hematologiya kafedrasında təşkil edilib.
Qanvermə aksiyası hər il iyunun 14-də - Dünya Qan Donoru Günü keçirilir. Bu il isə aksiyanın bu vaxt keçirilməsinə səbəb qan xəstəliklərindən əziyyət çəkən insanların yardım göstərilməsi xahişi ilə AMOR rəhbərliyinə ünvanlanan çoxsaylı məktublarıdır. Müraciət edənlərin böyük əksəriyyəti donor qanına ehtiyacı olan uşaqlardır.
Aksiya zamanı 80-dən çox insan hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün qan veriblər. Aksiyada Azərbaycan, Rusiya, Malayziya, İndoneziya, Misir, Çin, Özbəkistan, Gürcüstan və digər ölkələrdən tələbələr iştirak ediblər.
Tədbirin əsas təşkilatçılarından biri, AMOR İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev bildrib ki, aksiyada iştirak edənlər bir tərəfdən öz sağlamlıq durumu haqqında məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara kömək etməklə xeyirxah iş görürlər: "“Qanın milləti yoxdur” aksiyalarında hər il yüzlərlə gənc iştirak edir, toplanmış qan isə xəstələrin müalicəsinə yönəldilir".
Femida.az
Oxunub: 1289
Oxşar xəbərlər
- Leyla Əliyeva şeirlərini səsləndirdi
- Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb
- Leyla Şıxlinskayanın işçiləri hakim qarşısında - 700 minlik yeyinti
- Leyla Şıxlinskaya barəsində cinayət işi başlanıb
- Leyla Şıxlinskayaya qarşı 30 minlik dələduzluq
- Leyla Əliyeva BMT rəsmisi ilə görüşüb
- Leyla Oruclunun ölümü ilə bağlı cinayət işinə xitam verilib
- Leyla Əliyeva uşaqlarla bir arada - FOTO
- Leyla Əliyeva uşaqları sevindirdi - FOTO
- Leyla Əliyeva təqdimat mərasimində