Şəmkirdə ağır qəza: Qadın ağır yaralandı


15:33     15 Oktyabr 2017 qeza0001.jpg

Bu gün Şəmkir şəhərində “Niva” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.


APA-nın verdiyi məlumata görə, qəza zamanı taksi kimi fəaliyyət göstərən “VAZ 2106” markalı avtomobildə olan qadın ağır bədən xəsarətləri alıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 794