Şəmkirdə ev yanıb


20:01     09 Noyabr 2017 1436418566_gedebeyde-rayonunda-sexde-yangin-bash-verib.jpg

Şəmkir rayonu Aşağı Seyfəli kəndində yanğın olub.


Femida.az xəbər verir ki, Nəsimi Məhəmmədova məxsus ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov söndürülüb. Ev tamamilə yansa da, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 790