Şəmkirdə partlayış - Ana və oğlu xəsarət alıb
14:32 13 Noyabr 2017
Şəmkirdə yaşayış evində partlayış olub.
Femida.az APA-ya istinadən xəbər verir ki, rayonun Zəyəm Cırdaxan kəndində kənd sakini, 1972-ci il təvəllüdlü İskəndərli Məhbubə Nəriman qızı yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış olub. Hadisə zamanı mətbəxin divarı uçub və təzyiq qadını evdən bayıra atıb.
Partlayış zamanı digər otağın döşəməsi qalxıb və orada yatan, qadının 1997-ci il təvəllüdlü oğlu İskəndərli Mehrab Elçin oğlu da xəsarət alıb. Ana və oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, partlayışa evin yaxınlığından keçən yeraltı qaz xəttində baş verən qaz sızması səbəb olub.
Femida.az
Oxunub: 654
Oxşar xəbərlər
- Şəmkirdə itkin düşən azyaşlılar tapıldı
- Şəmkirdə azyaşlı bacılar itkin düşüb
- Şəmkirdə məktəb yandı
- Şəmkirdə 45 yaşlı qadın intihar etdi
- Şəmkirdə iki maşın toqquşub
- Şəmkirdə piyda vurduldu
- Şəmkirdə ev yanıb
- Şəmkirdə 4 otaqlı ev yanıb
- Şəmkirdə ağır qəza: Qadın ağır yaralandı
- Şəmkirdə evə basqın edən şəxslər tutuldu