Zaqatalada 58 yaşlı velosipedçi ağır yaralandı


14:19     29 Oktyabr 2017 qeza_velosiped_045.jpg

Zaqatalada 58 yaşlı velosipedçi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.


Hadisə oktyabrın 28-də axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində keçən hissəsində baş verib.

Rayonun Yuxarı Tala kənd sakini, 1959-cu il təvəllüdlü Müzəffər Nurullah oğlu Ramazanov idarə etdiyi velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və velosipedi yolun kənarındakı beton maneəyə vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan 58 yaşlı M. Ramazanov Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Müzəffər Ramazanova açıq kəllə-beyin travması qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 749