Zaqatalada ev yanıb


13:17     02 Dekabr 2017 13878640961363594763_yangin45sadas1.jpg

Zaqatalada fərdi yaşayış evində yanğın olub.


Femida.az-ın məlumatına görə, yanğın bu gecə saat 01:00 radələrində rayonun Suvagil kəndində, kənd sakini Arif Saleh oğlu Əhmədova məxsus, ümumi sahəsi 72 kv.m. ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb.

Yanğın zamanı evin çardaq hissəndə, odun sobasının ətrafının yanar konstruksiyaları 6 kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 959