Qadın çantaları oğrusuna 10 il hökm oxundu


22:21     02 Noyabr 2017 1405689430_1391632478_cenubnews-hebs-yeni2.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində yaşlı qadınlara kömək etmək adı ilə çantalarını daşıyaraq oğurluq etməkdə təqsirləndirilən 1972-ci il təvəllüdlü Cəlal Məmmədova hökm oxunub.


Femida.az -ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə C.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

C.Məmmədov Bakıda avtobusa minən, yolu keçən xanımlara yaxınlaşaraq çantalarına kömək etməyi təklif edib. Əsasən də yaşlı qadınların etibarından sui-istifadə edən C.Məmmədov həmin xanımların çantasından nağd pul və dəyərli əşyaları götürürmüş. Sonuncu dəfə o, Bəsti Bayramovanın çantasından 50 manat və bankomat kartı oğurlamağa cəhd edərkən saxlanılıb.

C.Məmmədov əvvəllər iki dəfə talama əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib. Bir neçə dəfə də oğurluğa görə tutulub. Onun 6 dəfə məhkumluq həyatı yaşadığı üzə çıxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 695