Qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi


22:55     04 Yanvar 2018 baki-sakininden-kulli-miqdarda-marixuana-goturuldu-620x400.jpg

Çexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib.


Femida.az xəbər verir ki, yeməyi bişirən qadın marixuananı digər ədviyyatla səhv salıb.

Nəticədə ailə üzvləri ürək bulanması və baş ağrısı şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Ailədə yalnız bir nəfər - marixuanadan tibbi məqsədlərlə istifadə edən şəxs - zəhərlənməyib.

Polis narkotik vasitələrin qanunsuz hazırlanması və saxlanması ilə bağlı cinayət işi başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2035