Tramp Çindən 244 milyardla qayıdır
20:46 09 Noyabr 2017
Pekində Çinlə ABŞ arasında bir neçə sənəd imzalanıb. Femida.az xəbər verir ki, tərəflər arasında 244,9 milyard ABŞ dolları məbləğində olan biznes müqavilələri imzalanıb.
Beləliklə, ABŞ prezidenti Donald Trampın Çinə ilk rəsmi səfəri çərçivəsində son iki gündə imzalanmış müqavilələrin ümumi dəyəri Çin-ABŞ ticarət münasibətlərində rekord həddə - 253,9 milyard dollara çatıb.
Razılaşmalar arasında ən dəyərlisi Çin Neft və Kimya Korporasiyasının ABŞ şirkəti ilə birgə Alyaskada təbii qaz yataqlarının işlənilməsinə dair 43 milyard dollarlıq müqavilədir.
Qeyd edək ki, üçgünlük Çin səfərində Donald Trampı ABŞ-ın enerji, sənaye, texnologiya, maliyyə xidmətləri və kənd təsərrüfatı sahələri üzrə 20 qabaqcıl şirkətinin rəhbərləri müşayiət edir.
Femida.az
Oxunub: 841
Oxşar xəbərlər
- Trampın ən məşhur binası yanır
- Trampı heyrətləndirən Reyhana vəzifə verildi
- Tramp İran xalqına kömək vəd etdi
- Trampın qızını məhkəməyə verdilər
- Tramp Putinə zəng edib
- Tramp CNN-i boykot etməyə çağırıb
- Trampla Ərdoğan telefonda danışacaq
- Tramp Kim Çen In haqda: `Onun dostu olmağa çalışıram`
- Tramp və Putin bir-birinin əlini sıxıblar
- Tramp və Putin sabah görüşəcək