Tramp və Putin bir-birinin əlini sıxıblar


00:55     11 Noyabr 2017 puh.jpg

Rusiya prezidenti Vladimir Putin Vyetnamda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı liderlərinin sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampın əlini sıxıb.


Femida.az -ın TASS-a istinadən məlumatına görə, dövlət başçıları sammitin açılışı münasibətilə keçirilən ziyafətdən əvvəl rəsmi foto çəkdirmək üçün sıraya düzülüblər. Tramp artıq orada dayanmış Putinə yaxınlaşıb, əlini onun çiyninə qoyaraq salamlayıb.

Bundan sonra dövlət başçıları qısa söhbətdən sonra masa arxasına əyləşiblər.

Açar sözlər:

Oxunub: 637