Tramp İran xalqına kömək vəd etdi


00:12     04 Yanvar 2018 tramp%20(1).jpg

ABŞ prezidenti Donald Tramp yenidən İran xalqına müraciət edib.


Femida.az xəbər verir ki, Tramp “Twitter” səhifəsində etirazçı iranlılara dəstək verəcəyini yazıb.

“Siz uyğun zamanda Birləşmiş Ştatların dəstəyini görəcəksiniz”- Tramp qeyd edib.

Qeyd edək ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. Aksiyalar zamanı 20-dən çox adam ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1334