Toyda həmkəndlisinin başını kəsənə ağır cəza verildi


16:58     27 Noyabr 2017 mehkeme%20hakimi.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayonunda keçirilən toyda qətl törətməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.



Femida.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il Qusarın Xürel kəndində keçirilən toy məclisində baş verib.

46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyovla onun 35 yaşlı həmkəndlisi Ramik Adil oğlu Aydabəyov arasında mübahisə düşüb.

Ramik Aydabəyov masanın üzərindəki butulkanı sındıraraq İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib. İ. Ulubəyov orda dünyasını dəyişib.


Femida.az

Açar sözlər:

Oxunub: 1803