Gömrükdə qanunsuz telefonlar aşkarlandı


15:09     29 Noyabr 2017 gomruk%20siniq.jpg

Mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol “qanadlarda” gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 529