Gömrükdə telefon əməliyyatı


18:44     02 Dekabr 2017 telefon5.jpg

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.



Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin tarpedasının içərisindən gömrük nəzarətindən gizlədilən 15 ədəd "Mezui X-BO" mobil telefonları və 10 ədəd telefon qutularıaşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 556