Gömrükdən gizlədilən mal tutuldu


15:52     23 Dekabr 2017 gomruk%20emeliyyat.jpg

Avtomobildə gizlədilən pirotexniki vasitə və fişəng aşkarlanıb.


Femida.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, Tovuzda “Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn ölkə vətəndaşının idarə etdiyi "VAZ 21065" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, avtomobilin qapılarının içində və arxa oturacağın altında gömrük nəzarətindən gizlədilən 380 qutu pirotexniki vasitə və 50 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1664