Mingəçevirdə maşınlar toqquşdu


17:46     29 Noyabr 2017 sefirlik%20masini.jpg

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Mingəçevir şəhərinin M.Maqomayev prospektində qeydə alınıb.

90 ZB 640 dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı, 45 AA 024 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn "Niva" markalı, 90 ZB 640 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

"Volkswagen Passat" markalı avtomobilin sürücüsü Məhərrəm Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 672