Mingəçevirdə 4 otaqlı ev yanıb


13:09     08 Yanvar 2018 gumushanede-yangin_5d0fbe2.jpg

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində ümumi sahəsi 170 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m2 sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1152