Mingəçevirdə iş adamını döyən şəxslər saxlanılıb


20:44     05 Dekabr 2017 hebs%20ol9.jpg

Mingəçevir şəhər sakini Elşən Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Polis Şöbəsinə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.


DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az -a bildirilib ki, xəsarət alan Elşən Əliyev polis əməkdaşlarına izahatında özünə məxsus çörək sexinin qarşısında dayanarkən bir qrup şəxsin hücumuna məruz qaldığını, nəticədə xuliqanlıq zəminində döyüldüyünü qeyd edib.

Məlumatın yoxlanılması məqsədi ilə polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində fakt öz təsdiqini tapıb və hadisəni törədən şəxslərin Mingəçevir sakinləri Emin və Elmir Cəfərov qardaşları, Eltac Mahmudov, Müğdət Səmədli, Zülfüqar Ramazanov və Tunar Əlizadə olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunublar.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 708