8 nəfərə qaçqın statusu verilib - Azərbaycanda


16:08     18 Dekabr 2017 miqrasiya1.jpg

“Azərbaycan hökuməti miqrantların hüquqlarının qorunması istiqamətində iş aparır”.



Femida.az-ın xəbərinə görə, bunu Dövlәt Miqrasiya Xidmәti (DMX) rәisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pәrviz Musayev Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə çıxışı zamanı deyib.

O bildirib ki, 2017-ci ilin 11 ayı ərzində 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib.


P. Musayev qeyd edib ki, 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib:

“3 nəfər ərizəçiyə, ailə üzvləri ilə birlikdə 8 nəfərə qaçqın statusu verilib. Ümumilikdə, 67 şəxs qaçqın statusu ilə Dövlət Miqrasiya Xidmətində qeydiyyatındadır. Onlardan 44 nəfər ərizəçi, 23 nəfər isə ərizəçinin ailə üzvləridir. 10 min nəfərdən çox əcnəbinin könüllü öz ölkələrinə qayıtmaları təmin edilib”.

Açar sözlər:

Oxunub: 1062