8 minədək hərbçinin övladı bayram şənliklərində


22:29     04 Yanvar 2018 0328e88ebfbfb4fccb12a05eea5e25fb_1515071425.jpg

Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri təşkil olunub.


Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, məktəb tətili günlərində keçirilən bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə 8 minədək övladı üçün yeni il konsertləri, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.

Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan Qarnizon Zabitlər Evinin və Gəncə Zabitlər Evinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 775