Şəhid əsgərimiz dəfn olundu - FOTO


19:06     23 Fevral 2017 16864281_1804508843207212_6150103031007514656_n.jpg

Ötən gün Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində şəhid olan əsgər Xəlilov Xanoğlan İntizam oğlu dəfn olunub.


Femida.az xəbər verir ki, şəhid əsgər doğulduğu Şəmkir rayon, Şeidlər kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Şəmkir rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü əsgər Xəlilov Xanoğlan 2016-cı ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 12698