21 cinayətin üstü “isti izlər”lə açıldı


19:20     21 İyul 2017 11dava%20polis.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 102 cinayət faktı qeydə alınıb. Onların da 21-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş səkkiz yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 637