Yaralı neftçilər haqda son məlumat - ÖZƏL FOTOLAR


20:35     06 Dekabr 2015 113.jpg

“Dekabrın 4-də “Günəşli" yatağında baş verən faciədə xəsarət alan 31 nəfərdən 22-sinə ilkin ambulator yardım göstərilərək evə buraxılıb. 8 nəfərin müalicəsi isə davam etdirilir".


Bu barədə Femida.az-ın xəstəxanada olan əməkdaşına Mərkəzi Neftçilər Xəstəxanasının cərrah həkimi Adil İsayev məlumat verib.

Onun sözlərinə görə, xəstəxanaya müraciət edənlərdən biri isə yanıq mərkəzinə göndərilib: "Hazırda xəstəxanada 8 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir. Xəstələrdən biri qadındır. Xəstələr müxtəlif dərəcəli travma ilə xəstəxanaya yerləşdirilib. Yanıq xəsarəti alan xəstəmiz yoxdur. Bir nəfər yanıq xəsarəti alan xəstə MNX-na qəbul edilmişdir ki, o da yanıq mərkəzinə göndərilib. Hazırda xəstələrin səhhəti stabil olaraq qalır. Onların müalicəsi davam etirilir. Yaxın günlərdə də evə buraxılacaq".

Cərrah xəstəxanada müalicəsi davam edən 1971-ci il təvəllüdlü Məlahət Əliyeva barəsində də məlumat verib: "L-1, L-5 bel fəqərələrinin köndələn çıxıntılarının sınığı diaqnozu ilə müalicə alan Məlahət Əliyeva platformada xadimə kimi çalışıb. Onun müalicəsi başqa xəstələrə nisbətən uzun çəkəcək. Ona görə də evə gec buraxılacaq".

Şahverdi Şirinli
Femida.az







Açar sözlər:

Oxunub: 2776