Yaralı ermənilərdən daha biri öldü - Rəsmi


19:08     21 Aprel 2016 ermeni%20meyit8.jpg

Ermənistanın “Astxik” tibb mərkəzində aprel ayının əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərdə yaralanan erməni hərbçilərdən biri ölüb.


Femida.az Ermənistan KİV-nə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Armen Muradyan deyib.

Onun sözlərinə görə, güllə onun baş nahiyəsindən dəyib və tibbi tədbirlərə baxmayaraq, yaralı əsgəri xilas etmək mümkün olmayıb. Nazir ölən hərbçinin adını açıqlamayıb.

Bundan başqa nazir cəbhəyə könüllü gedən iki nəfərin ağır yanıq xəsarətlər aldığını və həkimlərin müdaxiləsindən sonra xilas edildiyini də əlavə edib: “Lakin onların yenidən əməliyyata ehityacı var”.

Açar sözlər:

Oxunub: 2057