Yaralı Ağdam sakini Bakıya gətirilir
02:57 03 May 2016
Ermənilərin atdığı top mərmisinin partlaması nəticəsində yaralanan Məmmədov Elnur Polu oğlu paytaxt Bakıya - Elmi-Tədqiqat Ağciyər Xəstəlilikləri İnsitutuna köçürülür.
Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, E.Məmmədovun ağ ciyərində aparılan əməliyyatın davamlı müalicəsi üçün paytaxtdan gələn mütəxəssislərin məsləhəti ilə ambulansla Bakıya göndərilir.
Qeyd edək ki, Ağdamın Əfətli kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Elnur Polu oğlu, aprelin 27-dən 28-ə keçən gecə erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində qəlpə yarası alıb. Topdan açılan mərmi onun həyətyanı torpaq sahəsinə düşüb və nəticədə qəlpələr E.Məmmədovun ciyərini parçalayıb. Ağdam Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan yaralıdan 2 ədəd qəlpə parçası çıxarılıb.
Oxunub: 959
Oxşar xəbərlər
- Yaralılardan biri Gəncəyə gətirilib
- Yaralı erməni hərbçilərə yardım edilmir
- Yaralılardan birinin azərbaycanlı olduğu ehtimalı var
- Yaralılar xəstəxanada öldü
- Yaralı gizirin banka olan borcu ləğv edildi
- Yaralı ermənilərdən daha biri öldü - Rəsmi
- Yaralı ermənilərin vəziyyəti ağırdır - Baş həkimdən açıqlama
- Yaralı neftçilər haqda son məlumat - ÖZƏL FOTOLAR
- Yaralı neftçilərlə bağlı yeni məlumat - SİYAHI
- Yaralıların sayı artır - Tayvanda