Bağırsağında narkotik keçirən şəxs tutuldu
15:40 30 Dekabr 2015
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ayrı-ayrı vaxtlarda İrandan Azərbaycana narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran vətəndaşı Aghazadeh Mohammad Abolfazlın üzərində şəxsi yoxlama zamanı ondan xalis çəkisi 2,35 qram olan həşiş qətranı, Azərbaycan vətəndaşı Vüqar Quliyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) üç ədəd bükümdə, ümumi xalis çəkisi 43,4 qram olan heroin aşkar edilib.
Bundan başqa, Azərbaycan vətəndaşı Tahir Hüseynovun idarə etdiyi “Mercedes Benz Actros” markalı yük avtomobilində xidməti itin tətbiqi ilə baxış zamanı avtomobilin kabinəsində xalis çəkisi 0,405 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Oxunub: 964
Oxşar xəbərlər
- Bağırsağında Azərbaycana heroin keçirmək istədi
- Bağırsağından narkotik çıxdı - İrandan gəlirdi
- Bağırsağında narkotik keçirmək istədi
- Bağırsağında narkotik keçirmək istəyən tutuldu
- Bağırsağında narkotik gətirən şəxs həbsxanada öldü
- Bağırsağından 57 büküm heroin çıxdı
- Bağırsağından narkotik çıxdı
- Bağırsağında heroin keçirmək istədi