Bağırsağında Azərbaycana heroin keçirmək istədi
17:24 21 Sentyabr 2017
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb.
Femida.az xəbər verir ki, yoxlama zamanı vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 9,150 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 770
Oxşar xəbərlər
- Bağırsağından narkotik çıxdı - İrandan gəlirdi
- Bağırsağında narkotik keçirmək istədi
- Bağırsağında narkotik keçirmək istəyən tutuldu
- Bağırsağında narkotik gətirən şəxs həbsxanada öldü
- Bağırsağından 57 büküm heroin çıxdı
- Bağırsağından narkotik çıxdı
- Bağırsağında narkotik keçirən şəxs tutuldu
- Bağırsağında heroin keçirmək istədi