Yanacaqdoldurma məntəqəsini partlatmaq istəyən tutuldu


17:05     05 Yanvar 2016 A30E7F_mw1024_s_n.jpg

Goranboy rayonunun Goran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə “VAZ-2107” markalı avtomobildə gəlmiş şəxs aldığı 30 litr yanacağın pulunu ödəyib, habelə operator Cümşüd Babayevi məntəqəni partladacağı ilə hədələyib hadisə yerini tərk edib.


Femida.az- ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Goranboy Rayon Polis Şöbısi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 851