Yanacaqdoldurma məntəqəsinə basqın edilib


17:33     03 Oktyabr 2015 silahli.jpg

Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib.


Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.

Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır./apa/

Açar sözlər:

Oxunub: 1068