Yanacaqdoldurma məntəqəsinə basqın edildi


16:28     16 İyun 2016 polis81.jpg

Şirvan şəhərində maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib.


Femida.az xəbər verir ki, Şirvan şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 1 May küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs, orada operator işləyən Elvin Əhmədovu döyərək kassadakı 500 manatı götürüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Mahir İmanov tutulub.

Araşdırma zamanı onun daha bir neçə cinayəti orta çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 826