Yanacaqdoldurma məntəqələrinə basqın edənlər tutuldu
17:58 14 Yanvar 2016
Masallı rayonunda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxs tutulub.
Masallı rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elçin Fərəcov APA-nın cənub bürosuna bildirib ki, yanvarın 14-də rayonun Sərçuvar kəndində Bayram Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın olması barədə məlumat daxil olub.
Daxil olan məlumat əsasında dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törədən rayonun Çaxırlı kənd sakini, 1992-ci il təvəllüdlü Cəlal İlqar oğlu Cəlalzadə tutulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, adıçəkilən şəxs ötən ilin dekabrında elə həmin yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan 700 manat pul aparıb.
Bundan başqa, C. Cəlalzadə yanvarın 4-də rayonun Musaküçə kəndində yerləşən, Cəmaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək 300 manat pul aparıb.
Oxunub: 1101
Oxşar xəbərlər
- Yanacaqdoldurma məntəqəsinə basqın - Pul tələb etdi
- Yanacaqdoldurma məntəqəsinin işçiləri döyüldülər
- Yanacaqdoldurma məntəqəsinə basqınla bağlı DİN-dən açıqlama
- Yanacaqdoldurma məntəqəsinə basqın - İşçilərə bıçaq çəkildi
- Yanacaqdoldurma məntəqəsinə basqın edildi
- Yanacaqdoldurma məntəqəsini partlatmaq istəyən tutuldu
- Yanacaqdoldurma məntəqəsinə basqın edilib
- Yanacaqdoldurma mənətəqəsində maşın yandı
- Yanacaqdoldurma məntəqəsində yanğın - Bakıda