Hakan Şükürə 4 il həbs tələb olunur


19:52     24 Fevral 2016 8decd4a26e405758174772dc7c0fd395(1).jpg

“Qalatasaray”ın əfsanəvi futbolçusu və sabiq millət vəkili Hakan Şükür həbs oluna bilər.


Femida.az xəbər verir ki, onun barəsində cinayət işi açılıb. Bakırköy Ədalət Məhkəməsində keçirilən prosesdə şikayətçi qismində Ərdoğanın vəkilləri və Bekir Savran adlı vətəndaş olub.

Bekir Savran izahatında bildirib ki, keçmiş futbolçu sosial şəbəkədə prezident və oğlu barədə təhqiredici məlumatlar paylaşıb.

Hakan Şükür isə paylaşımlarında prezidenti nəzərdə tutmadığı bildirib. Məhkəmə işi baxışa verilib.

Qeyd edək ki, H.Şükür fevralın 15-də sosial şəbəkələrdə prezident Rəcəb Tayyib Ərdoğanla bağlı təhqiredici paylaşımlar edib.

Açar sözlər:

Oxunub: 747