Hakan Şükürün atası həbs olundu - FOTO


19:49     12 Avqust 2016 hakansukurvideoqa.jpg

Türkiyənin əfsanəvi futbolçusu Hakan Şükürün atası Sermet Şükür polis tərəfindən saxlanılıb.


Femida.az xəbər verir ki, o, Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir.

Sabiq futbolçunun atası Adapazarının Sakarya prospektində yerləşən Salko məscidində cümə namazından sonra saxlanılaraq polis idarəsinə aparılıb.

Bundan başqa Hakan Şükür və atası Səməd Şükürun mülklərinin müsadirə edilməsi barədə qərar çıxarılıb. Onların daşınmaz əmlakı, avtomobilləri, bank hesablarındakı pulları, qiymətli əşyaları müsadirə ediləcək.

Qeyd edək ki, Hakan Şükür bir müddət AKP-ni parlamentdə təmsil edən millət vəkillərindən olub.


Açar sözlər:

Oxunub: 1936