Hakan Şükürün atasının səhhəti pisləşdi


18:12     13 Avqust 2016 hakan%20sukur%20atasi.jpg

FETÖ əməliyyatları çərçivəsində dünən saxlanılan Türkiyə yığması və “Qalatasaray” klubunun keçmiş futbolçusu, keçmiş millət vəkili Hakan Şükürün atası Sermet Şükür xəstəxanaya yerləşdirilib.


Femida.az-ın “Habertürk”ə istinadla verdiyi xəbərə görə, S.Şükürün sorğu-sual əsnasında şəkəri yüksəlib. İlk tibbi yardım göstərildikdən sonra S.Şükür Sakarya təhsil və araşdırma xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, S.Şükür dünən Adapazarı rayonunda tutulub.

Sakarya Baş Prokurorluğunun qərarı ilə, həmçinin H.Şükürün atası Sermet Şükürun də əmlakına həbs qoyulub.

Hakan Şükür və atası Sermet Şükürün FETÖ-yə maliyyə dəstəyinin verilməsi ilə bağlı dəlillər əldə edən məhkəmə bu çərçivədə onların bütün əmlaklarının müsadirə edilməsinə qərar verib.

Açar sözlər:

Oxunub: 1453