Hakan Şükür həbs olunur


13:24     12 Avqust 2016 hakan%20sukur.jpg

Türkiyə millisinin sabiq üzvü, məşhur futbolçusu, millət vəkili Hakan Şükür və atası Selmet Şükür saxlanılması barədə qərar qəbul olunub.


Femida.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Sakarya Respublika Prokurorluğunun Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair araşdırması çərçivəsində keçmiş millət vəkili Hakan Şükürün saxlanılması üçün iş başlanılıb.

Məlumata görə, ABŞ-da yaşayan Hakan Şükür "silahlı terror təşkilatına üzv olmaq"da ittiham edilir.

Qeyd edək ki, Hakan Şükür və ailəsi ötən ilin dekabr ayından ABŞ-da yaşayır.


Femida.az

Açar sözlər:

Oxunub: 3921