Sarkisyanın müavini döyüldü


14:20     24 İyun 2016 sarkisyan%20muavin.jpg

Belçikada naməlum şəxslər Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyana hücum edərək döyüblər.


Femida.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Armen Aşotyan Facebook səhifəsində yazıb: "Belçikanın Lyoven şəhərində olduğum son gecə, mehmanxananın girişində hücuma məruz qaldım. Belçika polisi bu işi icraata götürdü”.

Onun sözlərinə görə, yaxınları narahat olmasınlar deyə, bu barədə Ermənistana qayıdana qədər heç kimə məlumat verməyib.

“Xoşbəxtlikdən daha ciddi fiziki xəsarət almaqdan qurtuldum. Baxmayaraq ki, sonuncu cərrahi əməliyyatdan sonra əsa ilə güclə gəzirdim”, - deyə Aşotyan vurğulayıb.

Qeyd edək ki, Armen Aşotyan Ermənistanın hakim Respublika partiyasının sədri Serj Sarkisyanın müavinidir.

Açar sözlər:

Oxunub: 1662