Sarkisyanın növbəti hiyləsi – Mülki şəxs müdafiə naziri oldu


19:03     03 Oktyabr 2016 President%20Serzh%20Sargsyan%20and%20Defense%20Minister%20Seyran%20Ohanyan.jpg

Xəbər verdiyimiz kimi, Ermənistanda şok effekti yaradan kadr dəyişikliyi baş verib. Belə ki, müdafiə naziri Seyran Ohanyan vəzifəsindən uzaqlaşdırılıb və onu Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyan əvəz edib.


Mülki şəxs olan V.Sarkisyanın müdafiə naziri postuna gətirilməsi bir sıra sualların yaranmasına gətirib çıxardı. Bəziləri bu qərarı Ermənistan ordusunun NATO standartlarına uyğunlaşdırılması kimi dəyərləndirdi.

Politoloq Qabil Hüseynlinin fikrincə, müdafiə naziri postuna mülki şəxsin gətirilməsi Sarkisyanın növbəti hiyləsidir:

“Ermənistan dövləti təcavüzkar və işğalçı siyasətini malalamaq üçün belə bir addmı atıb. Yəqin ki, orduda belə bir dəyişikliyin baş verməsi Rusiyanın razılığı ilə həyata keçən prosesdir. Amma nəzərə alamq lazımdır ki, bir şəxsin təyinatı ilə ordunu NATO standartlarına uyğunlaşdırmaq mümkün deyil. Ermənistan ordusu bütünlüklə Rusiya standartlarına uyğun gəlir, yəni Rusiya silahları ilə təchiz olunub və komandanlıq bir növ rusların əlindədir. Çox güman ki, orduda əsas işləri Baş Qərargah aparacaq. Bir sözlə, bu dəyişikliklər gözdən pərdə asmaq üçündür”.

Ermənistandakı son istefalar və vəzifədən uzaqlaşdırılma hallarına toxunan politoloq bu prosesin siyasi manevr olduğunu və gələcəkdə də davam edəcəyini bildirdi:

“Yaxın vaxtlarda vəzifədən kənarlaşdırma halları ilə daha çox rastlaşacağıq. Bu daha çox daxili faktorlarla bağlıdır. Sarkisyan hakimiyyətinə qarşı ölkədə ciddi narazı kütlə var. Sarkisyan göstərməyə çalışır ki, yeni siyasi xətt başlayıb. Guya ki, Ermənistan islahatlar dövrünə qədəm qoyur”.

Qeyd edək ki, Viqen Sarkisyan 1975-ci il təvəllüdlüdür. İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2561