Dostunu ov qənimətinə görə güllələdi - Kürdəmirdə


02:20     30 İyun 2016 tufeng20150725.jpg

Kürdəmir rayonunun Qarabucaq kəndində silahlı insident yaşanıb.


Göyçay rayonunun İnçə kənd sakinləri Zaur Cabbarov və Namiq Hacıyev Qarabucaq kəndinə ov etməyə gediblər.

Dostlar ov etdikdən sonra əldə etdikləri qəniməti bölə bilməyiblər. Nəticədə aralarında yaranan mübahisə zamanı Namiq Hacıyev ov tüfəngindən Zaur Cabbarova atəş açıb.

Qarın boşluğundan ağır xəsarət alan Zaur Cabbarov Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1159