Dostunu bıçaqladı - Bərdədə qan düşdü


02:30     08 Noyabr 2016 bicaq677.jpg

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az "Report"a istinadən xəbər verir ki, rayonun Gərənə kəndində iki gənc arasında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.
Kənd sakini 26 yaşlı Elvin Məmmədli həmkəndlisi 27 yaşlı Əlvan Namazovla dalaşıb. Dava zamanı üz nahiyəsindən xəsarətlər alan Əlvan Namazov Elvin Məmmədlinin sol döş qəfəsindən bıçaq zərbəsi endirib. Hər iki yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin vəziyəti kafidir.
Fakla bağlı Bərdə polisində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1498