Dostunu öldürən şəxs polisə təslim olub
14:39 02 May 2017
Gəncə şəhərində baş verən qətlin təfərrüatı məlum olub.
Xəbər verdiyimiz kimi, mayın 1-də axşam saatlarında şəhər sakini, 1985-ci il təvəllüdlü Sakit Tofiq oğlu Alıyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Həkimlər tərəfindən əməliyyata alınan yaralının həyatını xilas etmək mümkün olmayıb və S.Alıyev orada ölüb.
Baş Prokurorluğun yaydığı məlumata görə, hadisəni törədən şəxs, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Zirəddin oğlu Mürsəlov könüllü olaraq polisə təslim olub. İstintaqa ifadə verən E.Mürsəlov mərhumla dost olduğunu və hadisəni şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı törətdiyini bildirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 709
Oxşar xəbərlər
- Dostunu evinə çağırıb qətlə yetirdi – VİDEO
- Dostunu öldürən şəxsə hökm oxundu - 14 il həbs
- Dostunun maşınını qaçırdı
- Dostunu pula görə bıçaqladı
- Dostunu bıçaqlayan şəxsə 9 il HƏBS
- Dostunu bıçaqladı - Bərdədə qan düşdü
- Dostunun qızını zorladı
- Dostunu güllələdi, özünü qismən təqsirli bilir
- Dostunun pulunu mənimsəyən məhkəmədə
- Dostunu ov qənimətinə görə güllələdi - Kürdəmirdə