Şəhidin cənazəsi ailəsinə verildi
16:13 06 İyul 2016
Ötən gün Ermənistan ordusunun dövlət sərhədimizdə təxribatı nəticəsində şəhid olan əsgəri Vüsal Əliyevin meyiti bu gün səhər 08 radələrində ailəsinə təhvil verilib.
Femida.az Ans Press-ə istinadən xəbər verir ki, şəhidlə vida mərasimi bu gün günorta saatlarında doğulub boya-başa çatdığı Lerik rayonunun Loda kəndində baş tutacaq. Vida mərasimindən sonra şəhid əsgər Əliyev Vüsal Əmir oğlu elə həmin kənddə torpağa tapşırılacaq.
Əliyevlər ailəsinin iki övladı var. Vüsal sonbeşik olub. 1996-cı ildə anadan olan Vüsal Əliyev Rabitə Kollecini bitirdikdən sonra, bu ilin yanvar ayında Qazax rayonuna hərbi xidmətə yollanmışdı. Ötən gün isə N saylı hərbi hissədə qarşı tərəfin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Oxunub: 3659
Oxşar xəbərlər
- Şəhidin medal ailəsinə verildi
- Şəhidin xatirəsinə həsr olunmuş futbol turniri keçirilir
- Şəhidin əkiz oğlu oldu - Adını da Şahlar qoydular
- Şəhidin adına olan bulaqla bağlı problem həll olundu
- Şəhidin cənazəsi Naxçıvana yola salındı - FOTOLAR
- Şəhidin iti sahibini gözləyir - FOTOLAR
- Şəhidin gitaraçı oğlu: `Hərbi hissəyə çatanda qarşıma 3 tabut çıxdı`
- Şəhidin ailəsinə aylıq təqaüd təsdiqləndi - 1039 AZN
- Şəhidin medalı ailəsinə təqdim edildi
- Şəhidin məzar daşı bu gün qoyulacaq