Şəhidin əkiz oğlu oldu - Adını da Şahlar qoydular
15:16 30 İyun 2017
Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Şahlar Nəzərovun əkiz övladı dünyaya gəlib.
Femida.az xəbər verir ki, Şahlar Nəzərovun qohumlarının Modern.az-a verdiyi məlumata görə, hər iki uşaq sağlamdır.
Bir müddət öncə şəhid baş leytenantın atası Yaşar Nəzərov bildirmişdi ki, nəvələrindən birinə Şahların digərinə öz adını verəcək.
Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Hərbçimiz şəhid olmamışdan 5 ay öncə ailə həyatı qurubmuş. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.
Femida.az
Oxunub: 8174
Oxşar xəbərlər
- Şəhidin medal ailəsinə verildi
- Şəhidin xatirəsinə həsr olunmuş futbol turniri keçirilir
- Şəhidin adına olan bulaqla bağlı problem həll olundu
- Şəhidin cənazəsi Naxçıvana yola salındı - FOTOLAR
- Şəhidin iti sahibini gözləyir - FOTOLAR
- Şəhidin gitaraçı oğlu: `Hərbi hissəyə çatanda qarşıma 3 tabut çıxdı`
- Şəhidin ailəsinə aylıq təqaüd təsdiqləndi - 1039 AZN
- Şəhidin medalı ailəsinə təqdim edildi
- Şəhidin məzar daşı bu gün qoyulacaq
- Şəhidin cənazəsi ailəsinə verildi