Şəhidin xatirəsinə həsr olunmuş futbol turniri keçirilir
23:30 03 İyul 2017
Azərbaycan Ordusunun şəhid polkovnik leytenantı Raqub Orucovun xatirəsinə həsr olunmuş "SƏNİ UNUTMADIQ KOMANDİR, SİZİ UNUTMADIQ ŞƏHİDLƏR!" devizi altında keçirilən II futbol turnirinin açılış mərasimi olub.
Tədbir şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub. Müqəddəs kitabımız "Qurani-Kərim" dən ayələr oxunduqdan sonra turnirin təşkilatçısı "Qarabağ Hərəkatı"nın təəssübkeşi Elgün, jurnalist Gəncimsoy tədbir haqqında və şəhid komandir Raquf Orucov haqqında çıxış edib.
Açılış mərasimində iştirak edən Qarabağ Hərəkatı başqanı Vasif Qurbanzadə, Bərdə rayonunun ziyalı gənci Anar Şahbazov, "N" saylı hərbi hissənin zabitləri çıxış ediblər. Çıxışlarda belə tədbirlərin keçirilməsinin insanlar arasında vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etdiyi qeyd olunub.
Xatırladaq ki, turnir hazırda davam edir. Hər birində 6 komanda olmaqla 12 komanda çempionluq uğrunda mübarizə aparır.
Femida.az
Oxunub: 3021
Oxşar xəbərlər
- Şəhidin medal ailəsinə verildi
- Şəhidin əkiz oğlu oldu - Adını da Şahlar qoydular
- Şəhidin adına olan bulaqla bağlı problem həll olundu
- Şəhidin cənazəsi Naxçıvana yola salındı - FOTOLAR
- Şəhidin iti sahibini gözləyir - FOTOLAR
- Şəhidin gitaraçı oğlu: `Hərbi hissəyə çatanda qarşıma 3 tabut çıxdı`
- Şəhidin ailəsinə aylıq təqaüd təsdiqləndi - 1039 AZN
- Şəhidin medalı ailəsinə təqdim edildi
- Şəhidin məzar daşı bu gün qoyulacaq
- Şəhidin cənazəsi ailəsinə verildi