Şəhidin adına olan bulaqla bağlı problem həll olundu


13:52     16 İyun 2017 1497588080-6568.jpg

Bir neçə gün öncə, Mingəçevirdə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa 6 ay əvvəl quraşdırılmış sayğac xəbəri cəmiyyətdə birmənalı qarşılanmamışdı. Məsələnin mətbuatda işıqlandırılmasından sonra problem öz həllini tapıb.


ASC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, şəhidin adına açılmış bulağın su sərfiyyatına görə ödəniləcək məbləğ “Azərsu” tərəfindən qarşılanacaq.

Qeyd edək ki, Mingəçevirin mərkəzində ümumilikdə, 6 bulaq var. Yerli sakinlər sayğac quraşdırılması ilə yanaşı, bulaqlarda suyun tez-tez kəsliməsindən də şikayət edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1954