Həkimlər yaralı xəstəyə yardım etməyib? - Açıqlama


15:15     20 İyul 2016 1429602720_teciliyardim.jpg

Azərbaycan Səhiyyə Nazirliyi Bakı Şəhər 3 saylı Klinik Xəstəxanada yaralı xəstəyə həkim tərəfindən yardımın göstərilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, sosial şəbəkələrdə yayılan video iyulun 17-də baş verib.

Onun sözlərinə görə, Mair Əmiraslanov adlı həmin şəxs içkili olub və onun cibində bıçaq olub: "Həkimləri bıçaqlayacağı ilə hədələyən M.Əmiraslanov tibbi heyətin səyləri nəticəsində 15 dəqiqədən sonra əməliyyat otağına aparılaraq əməliyyat edilib. Hazırda xəstənin vəziyyəti kafidir. O, özünə gəldikdən sonra baş verən hadisələrə görə həkimlərdən üzr istəyib".

Xatırladaq ki, yayılan videoda M.Əmiraslanovun xəstəxanada yerdə uzandığı göstərilir.

Xəstəyə yardım edilməsi üçün qeydiyyat masasında əyləşən xanım isə ona köməyin göstərilmədiyini iddia edir.

Açar sözlər:

Oxunub: 1491