Həkimlər onu xilas edə bilmədi
16:38 11 Noyabr 2016
Göyçay rayonunda avtomobil qəzasında ağır xəsarət alan 77 yaşlı piyada vəfat edib.
İki gün öncə Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində Göyçay rayonunun Potu kənd sakini, 1939-cu il təvəllüdlü Güləhməd Cavadov mağazadan çıxıb yolu keçərkən hərəkətdə olan 23-BB-244 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili onu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Cavadov Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
Femida.az
Oxunub: 1021
Oxşar xəbərlər
- Həkimlərin maaşı artırılsın - Deputatdan təklif
- Həkimlərə adını səhv deyən kişi öldü - Salyanda
- Həkimlərə pul mükafatı veriləcək
- Həkimlər hər həftə hamilə qadınları yoxlamalıdır
- Həkimlər maşınımızı əlimizdən alacaq
- Həkimlərin maaşları artırılıb
- Həkimlər xəstənin sağlam böyrəyini səhvən çıxardılar
- Həkimlərə şad xəbər - Maaşınız artacaq
- Həkimlər körpə ölümünə görə işdən çıxarıldı - ZAQATALADA
- Həkimlər yaralı xəstəyə yardım etməyib? - Açıqlama