Həkimlər hər həftə hamilə qadınları yoxlamalıdır


19:53     23 Yanvar 2017 hamile88.jpg

`Xarici ölkələrdə icbari tibbi siğorta mövcuddur və bütün insanlar həkimlərin nəzarəti altındadır. Yəni insanların vaxtaşırı olaraq “check-up” müayinəsi təşkil olunur. Hamilə qadınların monitorinqinin də öz protokolu var və bu protokol üzrə də hər şey həyata keçirilir`.


Bu sözləri Femida.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla deyib.

Adil Qeybulla bildirib ki, Azərbaycanda vətəndaşların sosial müdafiəsinin mühüm elementi olan icbari tibbi siğorta hələlik yoxdur və buna görə də hamiləliyin monitorinqi də xəstənin öz hesabına keçirildiyi üçün çox vaxt xəstələr həkimə müraciət etməkdə tənbəllik edirlər:

`Maddi faktorlar da burada mühüm rol oynayır. Bəzi xəstələr var hətta doğuşa yaxın, yaxud müəyyən ağırlaşmalar zamanı müraciət edirlər. Müqayisə üçün Böyük Britaniyanı götürək. Bu ölkədə klinikaların 95 faizi dövlət nəzarətindədir və dövlət tərəfindən maliyyələşir. Hamilə qadınların protokol üzrə “check-up” müayinəsi təşkil olunur. Bu, milli genefond üçün edilir. Yəni hesab edirəm ki, biz bu cür ölkələrdən nümunə götürməliyik. İnkişaf etmiş ölkələrdə ailə həkimi anlayışı var. Ailə həkimi konkret olaraq müəyyən ailələrə nəzarət edir. Həmin ailədə olan xəstələrin vaxtında həkimə göndərilməsinə yardımçı olur`.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycanda 6 ana doğuş zamanı dünyasını dəyişib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1636